Gürcüstanda bu tarixdən başlayaraq məktəblər və bağçalar açılırbackend

Gürcüstanda bu tarixdən başlayaraq məktəblər və bağçalar açılır

Gürcüstanda oktyabrın 4-dən etibarən məktəblərdə və uşaq bağçalarında əyani tədris bərpa olunacaq.

KONKRET.az gürcü mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Koronavirusla mübarizə üzrə  Dövlət İdarələrarası Koordinasiya Şurası Operativ Qərargahının rəhbəri Georgi Qibradze bildirib. Onun sözlərinə görə, 4 oktyabrdan ölkədə, həmçinin, əyləncə mərkəzləri də fəaliyyətini bərpa edəcək.

“Oktyabrın 4 -dən etibarən sinif və auditoriyalarda təhsil prosesi bərpa olunacaq. Məktəbəqədər təhsil müəssisələri və uşaq əyləncə mərkəzləri də işini bərpa edəcək”, – deyə Qibradze brifinq zamanı deyib.

Yeni qaydaya əsasən, sinfindən asılı olmayaraq bütün uşaqlar tibbi maska taxmalıdır.

Xatırladaq ki, Gürcüstanda pandemiya səbəbindən məktəblər və uşaq bağçaları 2020-ci ilin martından bağlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*