Gürcüstanda daha 259 nəfərdə koronavirus aşkarlandıbackend

Gürcüstanda daha 259 nəfərdə koronavirus aşkarlandı

KONKRET.az  xəbər verir ki, Gürcüstanda son 24 saat ərzində daha 259 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 62 pasiyent sağalaraq evə buraxılıb.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 4 399-a, sağalanların sayı isə 1 705-ə çatıb. Xəstəlikdən 25 nəfər vəfat edib.
Hazırda karantin zonalarında 5 390, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır, 640 simptomsuz xəstənin isə xüsusi otellərdə müalicəsi davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*