Gürcüstanda daş kömür mədənində uçqun altından bir nəfər çıxarıldı – Yenilənibbackend

Gürcüstanda daş kömür mədənində uçqun altından bir nəfər çıxarıldı - Yenilənib

Gürcüstanın Tkibuli daş kömür mədənində qəza baş verib.

KONKRET.az xəbər verir ki, ilkin məlumata görə, iki nəfər kömür uçqununun altında qalıb.

Həmin şəxslərdən birinin səsi eşidilib. O, insanları köməyə çağırıb.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri həyata keçirilir.

Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin əməkdaşları dağıntılar altında qalan iki nəfərdən birini xilas edə bilib.

“Xilasedicilər ikinci şəxsin də yerini aşkar ediblər. Hazırda onun xilas edilməsi istiqamətində işlər davam etdirilir”, – deyə Fövqəladə Hallar Xidmətinin mətbuat xidmətindən bildiriblər.

***

16:42

Gürcüstanın Tkibuli bölgəsində kömür karxanasında çökmə olub.

KONKRET.az xəbər verir ki, nəticədə 2 nəfər torpaq kütləsi altında qalıb.

Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.

Qəza açıq karxanada icazəsiz kömür çıxarılan zaman baş verib.“Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*