Müxtəlif ölkələrdə qeyri-rəsmi olaraq valyuta məzənnələrinin göstəricisi kimi istifadə olunan “Big Mac” indeksinin gürcü ekvivalenti olan Xaçapuri indeksi oktyabr ayında tarixi maksimuma çatıb.
KONKRET.AZ Tbilisi Dövlət Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbinin saytına istinadən xəbər verir ki, indeks 2019-cu ilin may ayında böyüməyə başlayıb və oktyabrda “böyük bir sıçrayış” edib – İndeksin dəyəri 3.9 lari (təxminən 83.8 rubl) olub və illik ifadədə 8.6 faiz artıb.
Hesabatda indeksin yalnız xaçapurinin bir hissəsi olan maddələr (un, pendir, süd, yumurta, yağ və maya), həmçinin qazın və elektrik enerjisinin dəyəri əsasında hesablandığı izah olunur. İllik ifadədə pendirin qiyməti 12,5%, kərə yağı, yumurta və südün qiyməti 3,4% artıb. İndeks artımına, xüsusən mövsümi amil – təzə süd tədarükünün azalması təsir göstərir.
Qiymət artımının əsas səbəbi, larinin dollara nisbətdə illik 12% azalmasıdır ki, bu da Gürcüstanın ərzaq məhsullarının yarıdan çoxunun idxal edilməsi deməkdir. Xüsusilə, 2019-cu ildə Gürcüstan və Amerika valyutalarının məzənnəsi lariyə görə rekord həddə çatıb – bir dollar üçün təxminən 2,9. Gürcüstan hakimiyyətinin rəsmi məlumatına görə, 2019-cu ilin sentyabr ayında Gürcüstanda inflyasiya illik nisbətdə 6,4% təşkil edib.
