Gürcüstanda həbsxanadakı yanğın söndürüldübackend

Gürcüstanda həbsxanadakı yanğın söndürüldü

Gürcüstanın Rustavi şəhərində 17 saylı həbsxananın ərazisində yanğın baş verib.

KONKRET.az xəbər verir ki, yanğın həbsxananın yeməkxanasında qeydə alınıb.

Yanğın lokallaşdırılıb. Məlumata görə, hadisə ilə əlaqədar elektrik enerjisinin verilişi dayandırılıb və təchizat bərpa olunduqdan sonra məhkumlar ailələri ilə əlaqə saxlaya biləcəklər. Yanğının digər obyektlərə keçmə təhlükəsi yaranmayıb.

Qeyd olunur ki, sözügedən həbsxana Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin saxlanıldığı 12 saylı Rustavi həbsxanasının yaxınlığında yerləşir.

Hələ ki, yanğının səbəbi bəlli deyil.

Qeyd edək ki, 17 saylı həbsxana Gürcüstanın ən nöyük cəzaçəkmə müəssisələrindən biridir. Burada hazırda 1,5 mindən çox məhbus yerləşdirilib. Onlardan 756-sı ən ağır cinayətlərə görə məhbusluq həyatı yaşayır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*