Gürcüstanın Qardabani rayonunun Martkopi kəndindəki monastrda ötən gün qətl törədən şəxs saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaqla müəyyən olunub ki, saxlanılan keçmiş məhkum, 1969-cu il təvəllüdlü şəxs monastr ərazisində 1958-ci il təvəllüdlü Rusiya vətəndaşını boyun nahiyəsindən balta ilə ölümcül yaralayıb və hadisə yerindən qaçıb.
Qətli törədən şəxs hadisədən sonra qısa vaxt ərzində saxlanılıb və balta maddi sübut kimi müsadirə olunub.
Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. İstintaq davam etdirilir. Saxlanılan şəxsi 7 ildən 15 ilədək həbs cəzası gözləyir.