Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun qüvvəyə mindibackend

Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun qüvvəyə mindi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzalayıb.

KONKRET.az xəbər verir ki, məlumatı Gürcüstan parlamenti yayıb.

Bununla da Gürcüstanda mübahisəli qanun layihəsi qüvvəyə minib.

Xatırladaq ki, Gürcüstan parlamenti mayın 14-də “xarici agentlər” qanunu kimi də tanınan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Lakin Prezident Salome Zurabişvili mayın 19-da qanuna veto qoyub. Parlament mayın 28-də Prezidentin vetosunu aradan qaldırıb. Parlament qanunu imzalanması üçün Prezident administrasiyasına göndərsə də, Prezident Zurabişvili onu imzalamaqdan imtina edib. Bu səbəbdən qanun layihəsini parlament sədri Şalva Papuaşvili imzalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*