Gürcüstandan 21 Azərbaycan vətəndaşı deportasiya edilibbackend

Gürcüstandan 21 Azərbaycan vətəndaşı deportasiya edilib

Ötən il Gürcüstandan 21 Azərbaycan vətəndaşı deportasiya edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin hesabatında qeyd olunub. Bildirilib ki, 2022-ci ildə Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarından 7-si yetkinlik yaşına çatmayanlardır.

Ümumilikdə, deportasiya edilən Azərbaycan vətəndaşlarından 13-ü kişi, 8-i qadın olub.

Ötən il Gürcüstandan ümumilikdə 165 əcnəbi deportasiya edilib. Ən çox deportasiya edilənlər İran (29) və Türkiyə (25) vətəndaşları olub.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*