Gürcüstanın Laqodexi bələdiyyəsinin azərbaycanlılar yaşayan Qaracala kəndində silahlı insident baş verib.
KONKRET.az-ın report-a istinadən xəbərinə görə, kənd sakini həmkəndlisinə atəş açıb.
Qol və ayaq nahiyəsindən yaralanan gənc xəstəxanaya çatdırılıb, vəziyyəti sabit ağır kimi qiymətləndirilir.
İnsidentin səbəbi hələ bilinmir. Faktla bağlı istintaq tədbirlərinə başlanılıb.
