Gürcüstanın böyük şəhərlərində yeni dərs ili təxirə salındıbackend

Gürcüstanın böyük şəhərlərində yeni dərs ili təxirə salındı

Gürcüstan hökuməti ölkədə pisləşən epidemioloji vəziyyətlə əlaqədar əlavə məhdudiyyətlər tətbiq edib.

KONKRET.az xəbər verir ki, Baş Nazir Giorgi Qaxariya bu gün keçirdiyi brifinqdə ölkənin böyük şəhərlərində təhsilin 1 oktyabradək distant şəkildə olacağını açıqlayıb. Bu tarixdən sonra isə tədris prosesi sinif otaqlarında və auditoriyalarda davam edəcək.

Ölkənin məktəb və universitetlərində tədris prosesinin 15 sentyabrda başlanması planlaşdırılır. Tbilisi, Kutaisi, Rustavi, Qori, Zuqdidi və Poti şəhərlərindəki məktəblərdə dərslər ilk iki həftə distan şəkildə keçiriləcək. Bundan əvvəl bu cür məhdudiyyətlər yoluxma sayının artdığı Batumi və Kobuleti sahil şəhərlərində tətbiq edilmişdi.

“Bu şəhərlərdə məktəblərdə olduğu kimi ali təhsil müəssisələrində də tədris 1 oktyabrda başlayacaq. Mövcud riskləri düzgün qiymətləndirmək üçün buna ehtiyacımız var və bunun üçün epidemioloqlarla birlikdə iki həftəyə ehtiyacımız var, bundan sonra uşaqlarla əlaqəli əlavə qərarlar verəcəyik”,- deyə Qaxariya bildirib.

Qeyd edək ki, ötən gün ərzində Gürcüstanda daha 87 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə günlük yoluxma sayında yeni anti-rekord qeydə alınıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*