Güzəşt yoxdur: “Azovstal döyüşçülərinin bu vəziyyətdən yalnız iki çıxış yolu var, ölmək və ya təslim olmaq”backend

Güzəşt yoxdur: “Azovstal döyüşçülərinin bu vəziyyətdən yalnız iki çıxış yolu var, ölmək və ya təslim olmaq”

“Azovstal”da blokadada olan yaraqlılar anlamalıdırlar ki, evakuasiya olmayacaq”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Azov alayının döyüşçülərinin bu vəziyyətdə yalnız iki yolu var: ya təslim olmaq, ya da ölmək. Bunu beynəlxalq təhlükəsizlik üzrə ekspert Vladimir Evseyev deyib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı ilə Mariupoldakı “Azovstal” zavodundan mülki əhalinin təxliyəsi üzrə əməliyyat başa çatdırılıb. 11-i uşaq olmaqla, 51 nəfər zavoddan çıxarılıb. Bundan sonra müəssisədəki Azov yaraqlıları bir daha internet vasitəsilə beynəlxalq ictimaiyyətə müraciət edərək onların təxliyəsinə köməklik göstərilməsinə çağırıblar. “Kalina” çağırış alayının komandir müavini Svyatoslav Palamarın sözlərinə görə, döyüşçülərin sağ qalmaq şansı praktiki olaraq yoxdur.

Ekspert Vladimir Evseyev isə hesab edir ki, Qərbə bu cür müraciətlər millətçilərin taleyinə təsir göstərməyəcək. Azov döyüşçülərinin az qala basdırıldığı Kiyevdə də yaraqlıların xilas edilməsinə maraq göstərilmir. Bu baxımdan onların mövcud vəziyyətdən yalnız iki çıxış yolu var: ölmək və ya təslim olmaq. Çünki heç bir güzəşt olmayacaq.

“Bununla belə, başqa bir variant da var. lakin bu, Azov döyüşçülərinə yaxşı heç nə vəd etmir. Onlar bir-birlərini də öldürə bilərlər. Hər halda, heç kim onları azad etməyəcək” – deyə Vladimir Yevseyev fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*