Hacıbala Abutalıbovun qardaşı oğlu Bakıda ağacları kəsdirdi – İşi prokurorluqdadırbackend

Hacıbala Abutalıbovun qardaşı oğlu Bakıda ağacları kəsdirdi - İşi prokurorluqdadır

Xəbər verdiyimiz kimi, “Yaşıl Ada” uşaq bağçasının sahibi Oktay Abutalıbov bağçanın ətrafındakı ağacları kəsdirib.

KONKRET.az “Unikal”a istinadən xəbər verir ki, Oktay Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, Baş Nazirinin sabiq müavini Hacıbala Abutalıbovun qardaşı oğludur.

***

11:25

Bakı şəhərinin Nəsimi rayonu və Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində ağacların kəsildiyi müəyyən edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov KONKRET.az-a bildirib ki, araşdırma zamanı Nəsimi rayonu, Ənvər İsmayılov küçəsi, “Yaşıl Ada” uşaq bağçasının ətrafındakı ağacların bağçanın sahibi Oktay Abutalıbov, Tovuz rayonun Koxa Nəbi kəndi ərazisindəki ağacların isə kənd sakini Binnət Hüseynov tərəfindən kəsildiyi məlum olub:

“Faktlarla bağlı akt tərtib edilib və hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*