Hacıqabulda TIR sürücüsünün meyiti kabinədən tapıldıbackend

Hacıqabulda TIR sürücüsünün meyiti kabinədən tapıldı

Hacıqabulda sürücü avtomobildə ölü tapılıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində park halında TIR tipli qoşqulu yük avtomobilinin kabinəsində sürücünün meyiti aşkar edilib.

Onun hansı vəziyyətdə öldüyü hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Meyit müayinə olunmaq üçün Şirvan Şəhər Patoloji Anatomiya Birliyinə yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*