Hakan Fidan Blinkenlə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etdibackend

Hakan Fidan Blinkenlə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub, Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “TRTHaber” məlumat yayıb.

Bildirilib ki, Entoni Blinken onu yeni vəzifəyə təyin edilməsi ilə əlaqədar təbrik edib.

Məlumata görə, tərəflər İsveçin NATO-ya üzvlüyü, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında normallaşma prosesləri, F-16-ların alınması, modernləşdirilməsi və Ukraynanın taxıl sazişinə dair məsələləri müzakirə ediblər.

Eyni zamanda H.Fidan və E.Blinken iki ölkə arasındakı ortaq gündəlik məsələləri müzakirə etmək üçün ən qısa zamanda yenidən görüşmək istəklərini vurğulayıblar.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*