Hakan Fidandan Qəzza xəbərdarlığı: “Radikal addımlar atmağa məcbur olacağıq”backend

Hakan Fidandan Qəzza xəbərdarlığı: “Radikal addımlar atmağa məcbur olacağıq”

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzza üzrə əldə olunmuş razılaşma ilə bağlı sərt bəyanatla çıxış edib.

KONKRET.az xəbər verir ki, nazir Fələstin tərəfinin ikinci mərhələyə keçidlə bağlı öhdəliklərini yerinə yetirdiyini bildirib. Onun sözlərinə görə, İsrailin növbəti addımları atmaması Türkiyəni və digər vasitəçiləri adekvat tədbirlər görməyə vadar edə bilər.

Hakan Fidan bu prosesdə Vaşinqtonun mövqeyinə də toxunaraq, ABŞ-ın İsrailə lazımi təzyiqi göstərəcəyini gözlədiklərini vurğulayıb:

“Əks halda Türkiyə, Qətər və Misir bu məsələdə radikal addımlar atmalı olacaq. Bu, millətimiz, xalqımız və fələstinlilər qarşısında daşıdığımız məsuliyyətdir”. \\Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*