Hakerlər 200 milyon dollara yaxın kriptovalyuta oğurladıbackend

Hakerlər 200 milyon dollara yaxın kriptovalyuta oğurladı

ABŞ-ın “Nomad” blokçeyn platforması haker hücumuna məruz qalıb.

KONKRET.az xəbər verir ki, hakerlər platformada kriptovalyutada olan təxminən 200 milyon dollar məbləğində vəsaiti oğurlayıb.

Qeyd olunur ki, hücum baş verən zaman “Nomad” platformasında elə 200 milyon dollar məbləğində rəqəmsal valyuta olub.

Mütəxəssislər haker hücumunun səbəbini “Nomad” platformasının qısa müddət əvvəl yenilənməsi ilə əlaqələndiriblər.

Qeyd edək ki, iyun ayında “Harmony” blokçeyn platforması 100 milyon dollara yaxın kriptovalyutanın hakerlər tərəfindən oğurlandığını bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*