“Hamı dedi ki, ölüb, eləmə” – Bir cərrahın müharibə günləri – VİDEObackend

"Hamı dedi ki, ölüb, eləmə" - Bir cərrahın müharibə günləri - VİDEO

Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin cərrahı, Vətən müharibəsində həkim kimi xidmət göstərən Tural Abbaszadə Baku TV-yə müsahibə verib.

KONKRET.az xəbər verir ki, müharibənin ilk günündən cəbhəyə yollanan həkim həmin dövrdə yaşadığı unudulmaz anlardan danışıb.

“Bütün müayinə və müalicələri saysaq, ilk günlərdə elə olub ki, 200-ə yaxın xəstəyə baxmışıq”, – deyə cərrah qeyd edib.

T.Abbaszadə şəhid olduğu deyilən əsgəri xilas etməsindən də bəhs edib: “Aşağı ətraflarının ciddi zədələnməsi var idi. Əməliyyat masasında keçindiyini dedilər. Qonşu otaqda əməliyyatımı bitirib, çıxdım, ürək masajı etdim. Daha sonra şprislə ürəyinə adrenalin vurdum, əsgər ayıldı”.

  • Nadir Həsənov
    Sentyabr 21, 2023 - 08:20

    belə həkimlərimizə də Milli qəhrəman adı verilməlidir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*