“Hamilə olanda işlədim, maaşımı yenə kəsdilər” – Bakıda süpürgəçi qadınlar hədələnir – VİDEObackend

“Hamilə olanda işlədim, maaşımı yenə kəsdilər” - Bakıda süpürgəçi qadınlar hədələnir - VİDEO

Binəqədi rayonunda Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTB) işçiləri bir neçə aydır ki, sözün əsl mənasında zülm çəkirlər. Onların həm maaşları kəsilir, həm iş saatından artıq işlədilirlər. Bunlar azmış kimi etiraz edən, narazılıq bildirən işçilərə də hədə-qorxu gəlinir.

Problemləri ilə bağlı danışan bir qrup işçi bildirib ki, rəhbərlik dəyişəndən sonra vəziyyətləri daha da pisləşib.

Sözlərinə görə, gün ərzində 14 saat işləyirlər, amma bunun qarşılığında haqları olan əmək haqqını ala bilmirlər.

Narazı işçilər qeyd edib ki, hər gün həyatları risk altındadır. Avtomobil yollarını süpürən zaman onların bir neçə iş yoldaşını avtomobil vurub. Xəsarət alan şəxslərə isə rəhbərlik tərəfindən heç bir köməklik göstərilməyib.

Hər bir bəhanə ilə əmək haqları kəsilən qadınlar qeyd edib ki, iş yoldaşlarının çoxu problemlərini dilə gətirməkdən qorxurlar.

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*