Hamilə qızı evin girişində bıçaqlayıb öldürdülərbackend

Hamilə qızı evin girişində bıçaqlayıb öldürdülər

Rusiyanın Novosibirsk şəhərində bir hamilə qadını bıçaqlayaraq öldürüblər.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti” Novosibirsk vilayəti üzrə Daxili İşlər Nazirliyinə istinadən yayıb. Hadisə yanvarın 27-də Kirov küçəsində evin girişində baş verib. Zərərçəkmişi xəstəxanaya aparsalar da orada vəfat edib. Polis cinayətin törədilməsində şübhəli bilinən şəxsin Omskdə saxlanıldığını və onun Novosibirskə aparıldığını bildirib. Ona “Hamiləlik vəziyyətində olan şəxsin bilə-bilə qətlə yetirilməsi” maddəsi ilə cinayət işi açılıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*