Türkiyənin zirehli avtomobil şirkətləri ən böyük rəqibimizdir. Hansı ölkəyə məhsulumuzu aparmaq istəsək, orada hər kəslə dostluq münasibətləri qurmağ bacarmış və məhsullarını təqdim etmiş türk müəssisələri var”.
KONKRET.az Axar.az-a istinadla xəbər verir ki, bunu Rusiyanın zirehli nəqliyyat şirkəti “Remdizel”in baş dizayneri İqor Zaxaroviç deyib.
Zaxaroviç Türkiyə şirkətlərinin uğrunun səbəbini belə izah edib:
“Türkiyə qanunvericiliyi yerli müəssisələrə öz nəqliyyat vasitələrini rəsmi qurumlardan icazə almadan xaricə təklif etməyə imkan verir. Son 5 ildə Türkiyədə ixracat 30 faiz artıb, idxal isə 59 faiz azalıb”.