Hantavirus ürəyi vurur: Bu şəxslər daha tez yoluxa bilərbackend

Hantavirus ürəyi vurur: Bu şəxslər daha tez yoluxa bilər

Hantavirusa yoluxma zamanı ürək xəstəlikləri olan insanlarda ağırlaşma riski digərlərinə nisbətən daha yüksəkdir.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, kardioloq Alejandro Kroker hantavirusun xüsusilə ürək xəstələri üçün daha təhlükəli ola biləcəyini açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, hantavirus insanda miokardiopatiyaya (ürək əzələsinin funksiyasının pozulması və zədələnməsi) səbəb ola bilər ki, bunun da sonradan xroniki ürək çatışmazlığına çevrilməsi istisna olunmur.

Qeyd edək ki, Hondius kruiz gəmisində qeydə alınan hantavirus yayılması ilə bağlı narahatlıq davam edir. 11 nəfərdə simptomların müşahidə edildiyini, onlardan 9-na diaqnoz qoyulduğunu bildirib. Xəstəlik səbəbindən bir neçə nəfərin öldüyü də açıqlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*