“MV Hondius” kruiz laynerində başlayan hantavirus yayılması fonunda sərnişinlər arasında sinir pozuntuları qeydə alınıb.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus açıqlama verib.
Sky News telekanalına müsahibəsində Tedros Adhanom Qebreyesus kiçik məkanlarda həftələrlə qalmağın sərnişinlərin psixoloji vəziyyətinə ciddi təsir etdiyini bildirib.
“Bir neçə həftə ərzində kiçik konteynerdə qalmaq çox çətindir. Bunun onların psixi durumuna necə təsir etdiyini təsəvvür edə bilərsiniz”, – deyə ÜST rəhbəri qeyd edib.
O hesab edir ki, ən düzgün qərar sərnişinləri uzunmüddətli izolyasiyada saxlamaq deyil, onların öz ölkələrinə geri göndərilməsidir.
