“Hardadır ədalət?” – Bu imtahandan sonra hansı motivasiya ilə blok imtahanına hazırlaşaq?!backend

"Hardadır ədalət?" - Bu imtahandan sonra hansı motivasiya ilə blok imtahanına hazırlaşaq?!

Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi buraxılış imtahanları ilə bağlı şikayətlərin sayı artmaqdadır.

KONKRET.az xəbər verir ki, bu dəfə redaksiyamıza Gəncə şəhərindəm 4 saylı məktəbin şagirdi Fərid Cəfərov öz müraciətini göndərib.

Məktubu olduğu kimi təqdim edirik:

“Salam, mən 2003-cü il təvəllüdlü Gəncə şəhərinin 4 saylı orta məktəbinin şagirdi Fərid Cəfərov iyulun 30-u keçirilən imtahan barədə şikayətimi bildirmək istəyirəm. Mən 11-ci sinfə qədər öz əlaçılığımı saxlamışam, hətta 9-cu sinfi fərqlənmə ilə bitirmişəm.

Bu uğuru qoruyub saxlamaq üçün çox əziyyət çəkdim, pandemiya olduğuna görə biz nə məktəblərdə, nə də məşğələlərdə iştirak edə bildik.

Bu azmış kimi biz təhsilimizi kompüter qabağında onlayn davam etməli olduq, yəni öz məqsədimiz üçün əlimizdən gələni etdik, bizim imtahan vaxtı digərlərinə nisbətən çox gec və çətin oldu, imtahanın belə olmağı bizə hərtərəfli ziyan oldu (motivasiyamızı itirdik, 6 fəndən hazırlıqlarımızı dayandırmadan əziyyət çəkdik və nəhayət həyatımızdakı ən böyük ədalətsizliklərdən biri ilə qarşılaşdıq). Mənim hədəfim 700 və ya ona yaxın bal idi, indi mən bu imtahandan sonra hansı motivasiya ilə blok imtahanına hazırlaşım?!

Burada mənim şikayətim yalnız imtahanın çətinliyi barədə deyil, həmçinin müxtəlif rayonlarda başqa səviyyədə keçirilməsidir.

Nəyə görə mənim bildiyimin yarısını bilən bir tələbə asan suallara görə məndən çox bal yığmalıdır?!

Hardadır ədalət? Gəncə şəhərində Nizami və Kəpəz rayonunda ayrı-ayrı imtahan keçirildi,  Kəpəz və Nizami rayonu arasında imtahan suallarında dağlar qədər fərq var idi.

Nəyə görə hər şeyin ən çətini bizim başımıza gəlməlidir? Bu artıq ədalətsizlikdən savayı bizim əziyyətimizi yerə vurmaqdır. Belə etməklə yalnız savadsızlığın inkişafından başqa heç nəyə nail olmayacaqsınız.

Mən özüm iyulun 29-u olan imtahanı işləmişəm. Orada hər mövzunun asan formasına aid suallar var idi.

Mən ümid edirəm ki, yeni təhsil nazirimiz bu məsələyə diqqət yetirəcək. Çünki burada minlərlə tələbənin taleyi həll olunur”.

  • Aytac
    Avqust 3, 2020 - 18:55

    Bu abuturiyent duz deyir eger diqqet yetirsez ikinci verilen imtahanlar cetin olur.Meselen 11,19,24iyun ve iyul,3,30 bu tarixlerde verilen suallar cetiniydi

    • İnci
      Avqust 3, 2020 - 21:15

      19 iyunda olan imtahan çox çətin idi bəli ondan əvvəl bakının bəzi bölğələrinə düşəm suallarla bizim suallar arasında fağlar qədər fərq var idi

    • Aslan
      Avqust 5, 2020 - 08:45

      Tamamilə düzdü.Oğlum iyunun 10-u imtahan verib.Suallar qəbul səviyyəsində idi.Buraxılş imtahanının sualları nisbətən asan olmalıdı,çünki bu imtahanda bütün şagirdlər iştirak edir.Ali məktəbə hazırlaşan da,hazırlaşmayanda.Mənim oğlum 1-ci qrupa hazırlaşır, riyaziyyatı da çox yaxşı bilir.Amma həmin günkü imtahanda Azərbaycan dilindən olan suallar çox çətin idi,İngilis dilinin dinləməsi aydın başa düşülməsi,nəticədə uşaqlar istədikləri balı toplaya bilmədi.Bu ədalətsiz imtahan bütün abituriyentlərdə ruh düşkünlüyü yaratdı.Ümid edək ki,ən azından blok imtahanında ədalətli olarlar

  • Mikhail Gorbachov
    Avqust 3, 2020 - 20:08

    Elədə çətin deyil idi. Əgər çox çalışsaydın bunu da yazardın

    • Aytən
      Avqust 3, 2020 - 20:43

      29 və 30 olan imtahanlarda fərq açıq aydın görünür

    • Rüfət
      Avqust 4, 2020 - 13:22

      Bu boyda abituriyent yalan deyir onda?

  • Nagi.
    Avqust 3, 2020 - 20:13

    Tamamilə razıyam çox böyük haqsızlıq oldu.. biz hər birimiz normal insan haqqları olan bir Azərbaycan vətəndaşı və şagird olaraq, bu məsələyə baxılmağını tələb edirik və ümid edirik ki, bizim səsimizə cavab veriləcək!

  • Natiq
    Avqust 3, 2020 - 21:54

    Usaqlarin haqqıari taptaıanir pisixi gerginlik kecirdirler ya imtahanıari buraxilisa uygun salin tekrar kecirdir yada seh yazilanlari dogru hesab edin hec oımasa iki variantdan birini secinde ay DİM!!!

  • Müsfiqe
    Avqust 3, 2020 - 22:10

    Dogrudan da bu haqsızlıqdır. Cünki usaqların olan qalan ümüdlerinide qırdılar. Eger blok imtahanlarıda bele olsa onda yazıq bu usaqların halına. Yazıq usaqlar bu il ne düzenmeli ders nede hazırlıq gördüler.İnanırıq ki, bu haqda lazımi orqanlar tedbir görecek ler. Yoxsa dogrudan da bu haqsızlıqgın neticesi yaxsı olmayacaq.

  • Sssssss
    Avqust 3, 2020 - 22:15

    Normal halda suallar belə hazırlanır. Bakı və digər böyük şəhərlər yəni 29-30 iyul imtahan verən şəhərlər. Dim ən rahat sualları məhz bu rayonlar üçün salır,lakin bu dəfə yer dəyişikliyi olduğu üçün sizə bir az çətin düşmüş ola bilər. Buna etiraz edə bilməzsiniz necə ki, hər il regionlara düşən çətin suallara etiraz edilmədiyi kimi!

    • Fearless
      Avqust 4, 2020 - 01:15

      Nə qədər doğru dediniz . Mən özüm rayondanam həmişə rayonlara çətin salıblar amma içim o qədər pis olub ki 30u imtahan verənlərə bəzi gərçəkləri unutmuşam . Amma səndə unut , səssiz qal çünki eşitməyəcəklər…

    • Ferid
      Avqust 4, 2020 - 15:49

      Ilk olaraq hami bilir ki hemise en çetin suallar Gence Seherine dusur Baki ve diger rayonlara nisbeten,ikinci olaraq bizim cetinlikden sikayet sebebimiz buraxilis imtahaninda zamandir, onsuzda blokda çetin suallar la qarsilasacagiq ,yeni demek isteyirem ki , blokda ne Metin olacaq nede metnin uzun cavablarini kodlasdirma vereqine kocurtmek,etrafli suallari kocurtmek hamisi vaxt aparir, meselen men 45 deq kodlasdirmaga vaxt irtirdim,bunu tez de ede bilerdik amma Sinaq imtahanlari olmadi ,biz buna uygunlasmadiq, Biz Edaletsiz Lik neye deyirik diger imtahanlardaki riyaziyyat suallari 1 -2 deq vaxt aparirdisa ,bizde 5-6 deq aparir, Komputer arxasinda serh yazmaq asandir ,amma realliq budur ,Yene deyirem biz çetin suallarada haziriq vaxt çatdira bilmedik , blokda neye göre çetin olur çünki vaxt Çox dusur. Bele serhlerle yalniz bize qarsi olan haqsizliga beraet qazandirirsiz.”Xais edirem bizi ozunuzun yerine qoyun, sonra fikir bildirin”

    • Aytekin
      Avqust 4, 2020 - 19:46

      Siz yeqin ki,Bakıdan yazırsız bize düşen suallardan xeberiniz olmur.Hemişeden Gencede imtahan sualları çetin olub.Bu il ferq daha çox olduğu üçün abituriyentlerin narazılığına sebeb olub.Neye göre haqqımızı teleb etmemeliyik.Men inanıram ki,istedadlı genclerin eziyyeti yerde qalmayacaq.DİM bu meseleye bigane qalmayacaq.

  • Aysun
    Avqust 3, 2020 - 23:08

    Cox haqlisan!Hamimiz susmamaliyiq bu edaletsizlikle bagli!!Bizim kimi guclu savadli usaqlaelr neye gore puc olmalidi??digerlerininn bizden ne artiqligi var?Neye goredi bu edaletsizliyin sebebi????

  • Fearless
    Avqust 4, 2020 - 01:02

    Mən digər səhifədə də yazdım hər sınağın sualın işləməmişəm amma mənim imtahanım çox çətin deyildi əgər yaxşı hazırlaşsa idim 230+ rahat yazmaq olardı amma 202 bal yığdım çünki dərsliklərim yanımda olmadı mən oxumadım daha doğrusu “oxuya bilmədim” Allah hamımıza kömək olsun

  • Vefa
    Avqust 4, 2020 - 08:10

    Beli,30 iyulda keçirilen imtahanda çıx haqsızlıq olub uşaqlara qarşı,buna göre heç kim susmasın,tekebşmizi edek ya imtahanlar yeniden keçirilsin yada her bir uşaqın balına 50 bal artırılsın.bu haqsızlıqa susmaq olmaz

  • Paşa
    Avqust 5, 2020 - 17:30

    18 iyunda mənim qızım imtahan verdi və sualların cox cətin oldugunu bildirdi 3 həftədən sonra cavab sms lə göndəriləndə şoka düşdük hansı ki mənim qızım əlacı olub .İndi bütün üşaqların ruhdan düşdüyünü bilirəm və DİM dən cox xahiş edirəm bu uşaqların əziyyətini yerdə qoymayın inanın ki bu uşaqlar yagış .covgun .isti demədən repetitor yanına gedib min bir əziyyətlə valideyin müəllimin aylıgını tapıb verib .Təhsil nazirliyindən cox xahiş edirəm bir valideyin kimi balalarımızın əziyyətini puc etmiyin hec olmasa qəbul imtahanlarının suallarını asan verin .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*