Hövsan kəndini içməli su ilə təmin edən xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar ərazidə suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Təmir-bərpa işlərinin 1 sentyabr günorta saatlarınadək başa çatdırılması nəzərdə tutulur. Bu müddət ərzində abonentlərin içməli su təminatında fasilə olacaq.
Qurum yaranmış müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib.
