Google Trampın fərmanından sonra Ontario gölünün adını xəritələrində dəyişdirdibackend

Google Trampın fərmanından sonra Ontario gölünün adını xəritələrində dəyişdirdi

“Google” korporasiyası ABŞ-dakı xəritə istifadəçiləri üçün Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişdirib.

KONKRET.az xəbər verir ki, bu barədə avqustun 31-də “Sky News” şirkətin bəyanatına istinadən məlumat yayıb.

“Google Maps” istifadəçiləri ABŞ-da “Amerika gölü”, Kanadada “Ontario gölü”, ABŞ və Kanadadan kənarda isə hər iki adı görəcəklər”, — deyə “Google”dan bildiriblər.

Şirkət bu qərarı gölün adının ABŞ hökumətinin coğrafi adlar sistemində rəsmi olaraq dəyişdirilməsi, həmçinin “Google”un yerləşdiyi ölkələrdə rəsmi olaraq istifadə olunan su hövzələrinin adlarından istifadə edilməsini nəzərdə tutan siyasəti ilə izah edib.

Vaşinqton və Ottava arasında ticarət fikir ayrılıqlarının kəskinləşməsi fonunda ABŞ Prezidenti Donald Tramp avqustun 27-də “TikTok”da video yayımlayıb. Orada o, Ontario gölünü şəxsən “Amerika gölü” adlandırdığı xəritəni nümayiş etdirib. Nümayişin sonunda Amerika lideri əvvəlki adı ilə heç bir coğrafi obyektin mövcud olmadığını bildirib və auditoriyanı yeni adla barışmağa çağırıb.

Buna cavab olaraq Kanada Baş naziri Mark Karni bildirib ki, Amerika liderinin fərmanına baxmayaraq, Ontario gölü öz adını qoruyub saxlayacaq.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*