Alimlər bildiriblər ki, Yer üzərində indiyə qədər ölçülmüş ən aşağı təbii temperatur göstəriciləri Şərqi Antarktida Platosunda qeydə alınıb. Bəs, Soyuq hava kütlələri Azərbaycana doğru hərəkət edə bilərmi?
Mövzu ilə bağlı hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, Antarktida Platosunda müşahidə olunan hava şəraitinin yaranmasına səbəb olan soyuq hava kütlələrinin ölkəmizin meteoroloji şəraitinə təsir göstərə biləcəyi ehtimal edilmir.
“Çünki ölkəmizin ərazisində ilin soyuq fəsillərində hava proseslərinin formalaşmasında əsasən Dəniz və kontinental Arktik hava kütlələri iştirak edir. Bu zaman Şimal-Qərbi Sibir, Karа, Barens dənizi rayonlarından Azərbaycana doğru gələn soyuq hava kütlələri ölkəmizin hava şəraitinin pisləşməsinə səbəb ola bilir”.
Ekspert sonda əlavə edir ki, dekabr ayının birinci ongünlüyündə havaların tədricən soyuyacağı və bəzi günlərdə yağıntılı olacağı gözlənilir.
Aynurə İsmayıl
KONKRET.az

