Hava ilə bağlı növbəti XƏBƏRDARLIQbackend

Hava ilə bağlı növbəti XƏBƏRDARLIQ

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar məlumat yayıb.

Nazirlikdən KONKRET.az-a verilən xəbərə görə, qurum tərəfindən tərəfindən əvvəlcədən xəbərdarlıq edildiyi kimi, bu gün gündüz saatlarından başlayaraq respublikanın bir sıra ərazilərində hava şəraiti dəyişib, yağıntılı hava müşahidə olunub. Bəzi yerlərdə yağış xüsusilə intensiv xarakter alıb və müəyyən fəsadlar törədib.

Belə ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, güclü yağış nəticəsində Goranboy rayonunun Ağcakənd kəndindən qısamüddətli sel keçib və bəzi əraziləri su basıb.

Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlar məlumatlandırılıb, FHN-in müvafiq qüvvələri əraziyə cəlb olunub.

Hazırda göstərilən ərazidə selin fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar zəruri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*