Naxçıvan-Bakı reyslərində yaranmış problemin səbəbi AÇIQLANDI- VİDEObackend

Naxçıvan-Bakı reyslərində yaranmış problemin səbəbi AÇIQLANDI- VİDEO

Aprelin 29-dan etibarən Naxçıvan-Bakı və əks istiqamətdə uçuşların həyata keçirilməsində bəzi problemlər yaşanıb.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Heydər Əliyev Adına Beynəlxalq Hava Limanının mətbuat xidmətindən bildirildi ki, yaranmış problem hazırda aradan qaldırılır.

“Problem hava şəraiti ilə əlaqədar yaranıb. Dünən baş verən təxirəsalmalar bu gün səhər saatlarından etibarən qismən bərpa edilib. Sərnişin sıxlığına görə hazırda Ankara və Moskva reyslərini təxirə salıb, təyyarələri Naxçıvana yönəltmişik”, – deyə məlumatda qeyd olunub.

***

17:42

Heydər Əliyev adına Beynəlxalq Hava limanında gərginlik yaşanıb.

Belə ki, vətəndalar bir neçə gündür Naxçıvana bilet əldə etməyə çətinlik çəkirlər. Bileti olanlar isə dünəndən etibarən hava limanında qalıblar. 29 aprel tarixində gecə saat 2-də yola düşməli olan reys təxirə düşüb. Sərnişinlərə şəhər saat 8-də uçuş olacağı deyilsə də artıq günün ikinci yarısı olmasına baxmayaraq, hələ də insanlar hava limanında qalıblar.

KONKRET.az bu barədə Sitat.info -ya sərnişinlər məlumat verib.

Bildirilib ki, hava limanında sərnişinlər etiraz ediblər. Onlar reyslərin təxirə salınmasının əsaslandırılmasını tələb ediblər.

Etirazdan sonra gərginlik yaşanıb.

Həmin görüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*