Hava limanında partlayıcı qurğu quraşdırıldı – Ermənistanda həyəcan siqnalı çalındıbackend

Hava limanında partlayıcı qurğu quraşdırıldı - Ermənistanda həyəcan siqnalı çalındı

Ermənistan hava limanında vətəndaşlardan birinin partlayıcı qurğu quraşdırması ilə bağlı Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin həyəcan siqnalında məlumat verilib.

İrəvan Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin xilasediciləri, Xüsusi Təyinatlı Xilasetmə İdarəsinin xilasetmə qrupu, Mülki Müdafiə Qüvvələrinin Tibbi Qüvvələrinin növbətçi qrupu və psixoloji məsləhət təlimatçısı hazırda hava limanındadır.

Hadisənin təfərrüatları haqqında hələ ki, geniş məlumat verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*