Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
KONKRET.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında fevralın 21-i gündüz cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında fevralın 21-i gündüzdən 22-si səhərədək qərb küləyinin ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.

Zərdabda xeyli zamandır ki, polis gecələr maskaların komuflyaj geyimdə şəhərin inzibati binalarına ziyan vuran, magazalardan ogürluq edəni axtarırdı amma o ələ keçmirdi. Bu gecə polis əməliyyat keçirərək həmin adamı evində- həmin maska və geyimi geyinib yeni ” gecə ovuna” hazırlaşırdım yaxalayıb. Bu Zərdab şəhər sakini “sok Əli” ( bir çox hallarda “suka Əli” də deyilən)ləqəbli əvvəllər kolxoz sədri və Zərdab sok zavodunun direktoru olmuş Əkbərov Əli Əlif oğlu oldugu müəyyən edilərək həbs edilib. Maraqlı odur ki, bu xəbəri eşidənlərin hamısi sevinir. Heyifsilənən yoxdur.