“Hay-küy qaldırmaqla bizi nəyəsə məcbur etmək olmaz” – MSK sədribackend

“Hay-küy qaldırmaqla bizi nəyəsə məcbur etmək olmaz” – MSK sədri

“Müsavat Partiyasından MSK-ya pulsuz efir vaxtı ilə bağlı müraciət daxil olub”.

KONKRET.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədrinin sözlərinə görə, müraciətdə qeyd edilib ki, partiyanın 64 dairədən namizədləri qeydə alınıb, ancaq pulsuz efir vaxtı verilmir:

“Qanunvericiliyə görə, partiya tərəfindən 60-dan çox namizədi irəli sürülən partiyalara pulsuz efir vaxtı verilir. Ancaq onlardan öz təşəbbüsü ilə namizədliyini irəli sürənlər var. Onlar fikirləşirlər ki, hay-küy qaldırmaqla bu məsələ həll olacaq. Qanunverciliyin tələbi nədirsə MSK ona uyğun addım atır. Hay-küy qaldırmaqla bizi nəyəsə məcbur etmək olmaz”. 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*