Həbib karyerasına son qoyur? – İdmançı özü yazdıbackend

Həbib karyerasına son qoyur? - İdmançı özü yazdı

MMA üzrə UFC çempionu Həbib Nurməhəmmədov tezliklə kariyerasına son qoyacağı barədə danışıb.

KONKRET.AZ-ın rus mediasına istinadla verdiyi məlumata görə, rusiyalı idmançı bu barədə instaqram hesabında yazıb.

“Daima döyüşmək alınmır, hər oyunun bir sonu var. Sadəcə, özüm özümə cavab verirəm ki, belə daha yaxşıdır”, – deyə idmançı vurğulayıb.

Qeyd edək ki, Həbib Nurməhəmmədov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə amerikalı idmançı Dastin Puaryeni məğlub edərək ikinci dəfə çempion titulunu qoruyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*