Həbsdə olan bəstəkardan bu müğənnilərə mahnı QADAĞASIbackend

Həbsdə olan bəstəkardan bu müğənnilərə mahnı QADAĞASI

6 ildən artıqdır həbsdə olan tanınmış bəstəkar və şair Tural Bayraməliyev bəzi müğənnilərə mahnılarını oxumağa qadağa qoyub.

KONKRET.az xəbər verir ki, bu barədə “Unikal”a məlumat verən bəstəkar təxminən 30-a yaxın mahnısını ölkənin tanınmış müğənniləri tərəfindən ifa edildiyini söyləyib:

“Heç bir zaman mahnılarımı satmamışam. Müğənnilərin kimliyini də özüm seçmişəm. Mənim mahnılarım ilə məşhurlaşan kifayət qədər müğənni var. Onların arasında bir neçə xalq və əməkdar artist də var. Daim dövlətçiliyə sadiqliyimlə tanınmışam, hətta dövlətimizə, ulu öndər və Ali Baş Komandanımız İlham Əliyevə də mahnılar bəstələmişəm. Hansı ki, bu gün rəsmi tədbirlərdə Aygün Kazımova, Gülyaz- Gülyanaq bacıları, Nisə Qasımova, Abbas Bağırov, Mətanət İsgəndərli, Almaz Ələsgərli sevə-sevə oxuyurlar. Bu qərara gəlməyimin səbəbi o oldu ki, dəfələrlə televiziya kanallarında öz mahnılarımı eşitsəm də, adımın çəkildiyini görmədim. Yuxarıda qeyd etdiyim kimi heç zaman mahnılarımı satmamışam, mahnının həm sözləri, həm də bəstəsi özümə məxsus olub. Bu müraciətimdən sonra hansısa tədbirdə və ya el şənliklərində aşağıda adları sadalanan mahnılarımın ifa olunduğunu eşidərəmsə, o şəxslə hüquqi müstəvidə danışmalı olacam”.

Bəstəsi və sözləri Tural Bayraməliyevə məxsus olan mahnıları və oxuyan müğənnilərin siyahısını təqdim edirik.

“İzzət Bağırov “Tənhayam”, Brilyant Dadaşova “Səndən ayrı”, Flora Kərimova “Yağışı”, Aygün Kazımova “Unutmuşam”, “Azərbaycan bayrağı”, Gülyaz-Gülyanaq “Ölməz Prezident”, “Azərbaycan”, Nisə Qasımova “Xalqımızın Qəlbimdəsən”, “Durna qatarı”, “Sevəcəyəm”, Abbas Bağırov “Dalğalansın bayrağımız”, Aygün Bəylər “Getmisən”, “Düşündüm”, Mətanət İsgəndərli “Müstəqil Azərbaycan”, Nadir Qafarzadə “Xainsən”, “Döy qapımı”, “Unut məni”, Damla “Qürur”, “Bu bahar”, Almaz Ələsgərli “Ulu Öndər”, “Mən sənsiz”, Niyam Səlami “Səninlə”, Yaşar Yusup “Tənha yaşa”, “Sən deyilsən”, Vəfa Şərifova “Misafirim ol”, Günay İbrahimli “Hüzur”, Sevil-Sevinc “Anla məni”, “Eşq dəlisi”, “Ürəyim”, Aysel Əlizadə “Mahnılarda yaşatdım”, Ayan Babakişiyeva “Səndən sonra” və  “Tələ” serialı soundtrek- “Hər şeydə sən varsan”.

Qeyd edək ki, Tural Bayraməliyev 2018-ci ildə gömrük xidməti polkovniki Salehli Şədiyyə Arif qızının şikayəti ilə həbs edilərək 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*