“Heç həkimlər də baş açmırlar“ – Qənirə Paşayevanın əmisibackend

“Heç həkimlər də baş açmırlar“ - Qənirə Paşayevanın əmisi

Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva komaya düşüb.

KONKRET.az-ın məlumatına görə, deputatın əmisi, professor Qəzənfər Paşayev “Manset.az”a açıqlamasında qardaşı qızının səhhətində problem yarandığını təsdiqləyib:

“Biz bilmirik Qənirənin səhhətində niyə problem yaranıb. Heç həkimlər də baş açmırlar. Dünən gecə birdən-birə halı pisləşib, Mərkəzi Klinikadadır. Xaricdən həkimlər də gəlib. Allaha dua edirik!”, – deyə Q.Paşayev bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*