Həkimlər 10 yaşlı uşağın mədəsindən bir kiloqram saç və yun ÇIXARDIbackend

Həkimlər 10 yaşlı uşağın mədəsindən bir kiloqram saç və yun ÇIXARDI

Qazaxıstanın Almatı şəhərində cərrahlar oğlanın mədəsindən 900 qramlıq saç və yun çıxarıblar.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 10 yaşlı uşaq qarında ağrı, qusma və halsızlıq şikayətləri ilə xəstəxanaya aparılıb.

Anasının dediyinə görə, oğlanın saç, yun məmulatları, keçə çeynəyib udmaq kimi pis vərdişi olub.

Qeyd olunub ki, 90 dəqiqə çəkən əməliyyat zamanı həkimlər uşağın mədə və onikibarmaq bağırsağından yad cisimləri çıxarıblar.

Qeyd edək ki, 2023-cü ilin fevralında da  Almatıda oxşar hadisə baş verib. Belə ki, həkimlər 11 yaşlı qızın mədəsindən bir kiloqram saç çıxarıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*