
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Türkmənistanın paytaxtı Aşqabadda xəstəxana və poliklinikalarda çalışan tibb işçilərindən telefonlarını evdə saxlaması və ya iş müddətində baş həkimə təhvil verilməsi tələb olunur.
Qeyd edək ki, bundan əvvəl, ölkənin təhsil müəssisələrində mobil telefonların istifadəsinə qadağa qoyulmuşdu.
Bildirilir ki, təhsil və tibb müəssisələrində çalışanlar üçün mobil cihazlardan istifadəyə qoyulan qadağa ölkə hakimiyyəti tərəfindən əhalinin İnternetə və məlumat əldə etməsinə artan nəzarət və məhdudlaşdırma fonunda həyata keçirilir.