Hələb hava limanı fəaliyyətini DAYANDIRDI – SƏBƏBbackend

Hələb hava limanı fəaliyyətini DAYANDIRDI - SƏBƏB

İsrailin hava hücumu nəticəsində Hələb Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Əlİxbariyyə” telekanalı məlumat yayıb.

Daha sonra Suriya Müdafiə Nazirliyi bildirib ki, yerli vaxtla saat 02:07-də İsrail Latakiyadan hücum edib. Zərbələr nəticəsində hava limanına ciddi ziyan dəyib və sıradan çıxıb. Zərərçəkənlər barədə məlumat daxil olmayıb.

İsrail hələlik bu bəyanatlara münasibət bildirməyib.

Qeyd edək ki, fevralın 19-da Suriya Müdafiə Nazirliyi İsrailin Dəməşqə raket zərbələri endirdiyini açıqlayıb. Məlumata görə, zərbələr nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb. Dəməşq rəsmiləri hücum nəticəsində şəhərdəki tarixi binalara ziyan dəydiyini bildiriblər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*