Helikopter meydançası, şəlalə… – Azərbaycanlı milyarderin lüks yaxtası – FOTOLARbackend

Helikopter meydançası, şəlalə... - Azərbaycanlı milyarderin lüks yaxtası - FOTOLAR

Azərbaycanlı milyarder Vahid Ələkbərovun 70 metrlik “Galactica Super Nova” superyaxtası 2021-ci ildə ən aktiv istifadə olunan yaxtalar onluğuna girib.

KONKRET.az xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat verib.

Bildirilir ki, yaxta yanvar-mart ayları arasında 11 900 (22,039 km ) dəniz mili səyahət edib. “Galactica Super Nova” bu dövrdə Aralıq dənizini, Atlantik okeanını və Karib dənizini gəzib.

Nəşr qeyd edir ki, “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov 50 metrlik “Galactica” yaxtasını 2016-cı ilin fevralında 19,5 milyon avroya satıb.

Bir ay sonra istifadəyə verilən yeni “Galactica Super Nova” yaxtası isə cəmi 41 ayda elə milyarderin özünə məxsus Hollandiyanın “Heesen” gəmiqayırma zavodunda tikilib. Yaxtanın təxmin edilən dəyəri 105 milyon dollardır.

Yaxta “Monaco Yacht Show 2016” müsabiqəsində eyni anda iki mükafat: Ən yaxşı xarici və Ən yaxşı yeni superyaxta mükafatlarını qazanıb.

Hazırda “Galactica Super Nova” dünyanın ən böyük alüminium yaxtasıdır. Bundan əlavə yaxta 4000 dəniz mili məsafəsi ilə 30 düyün sürətlə dünyanın ən sürətli yelkənli gəmilərindən biridir.

Yaxtada 12 sərnişin üçün altı kabin var, onlara 16 nəfərlik gəmi heyəti xidmət edir. Yaxtanın dizaynı “Espen Oeino International” ixtisaslaşmış memarlıq agentliyi tərəfindən həyata keçirilib, interyer hissəsi isə “Sinot Exclusive Yacht Design” agentliyi tərəfindən hazırlanıb.

Yaxtada helikopter meydançası, şəlalə, cakkuzi və təbii gün işığı ilə işıqlandırılan hovuz var.

“Galactica Super Nova”nı fərqləndirən digər bir xüsusiyyəti, gəminin bütün göyərtələrini birləşdirən kristal bir lift və spiral bir pilləkənin olmasıdır.

Göyərtlərin ümumi sahəsi 357 kv. m təşkil edir.

Qeyd edək ki, “Lukoil”in əsas səhmdarı olan Rusiya neft maqnatı Vahid Ələkbərov, “Forbes” nəşrinin “Rusiyanın ən zəngin 200 iş adamı”nın reytinqində 24.9 milyard dollar sərvəti ilə 4-cü yerdə qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*