HƏMAS məhv edilənə qədər Qəzzaya hücum dayanmayacaq – Qalantbackend

HƏMAS məhv edilənə qədər Qəzzaya hücum dayanmayacaq - Qalant

HƏMAS məhv edilənə və girovlar azad edilənə qədər İsrail Qəzza zolağına hücumu dayandırmayacaq.

KONKRET.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant Ağ Evin Yaxın Şərq üzrə koordinatoru Brett Makqurk ilə görüşündə deyib.

“Əsgərlərimiz HƏMAS-ı məhv etmək və girovlarımızı ailələrinə qaytarmaq missiyasını başa çatdırana qədər Qəzza zolağındakı əməliyyatlarını dayandırmayacaq”, – nazir bildirib.

Bildirilir ki, Makqurk  ABŞ-ın vasitəçiliyi ilə razılaşma əldə etmək məqsədi daşıyan region ölkələri turunun bir hissəsi olaraq İsraildə səfərdədir.

Qeyd edək ki, o, İsraildən sonra İordaniya, Səudiyyə Ərəbistanı, Qətər və Bəhreynə gedəcək.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*