Hər iki insandan biri xərçəng xəstəliyinə tutulacaq – STATİSTİKAbackend

Hər iki insandan biri xərçəng xəstəliyinə tutulacaq - STATİSTİKA

Döş xərçəngi və prostat xərçəngi 50 yaşdan yuxarı qadınlarda və kişilərdə ən çox görülən şişlərdir.

KONKRET.az xəbər verir ki, bu barədə “Daily Mail Rance Research” Birləşmiş Krallığın analitikasına istinadən xəbər yayıb.

Britaniyada hər il 375 000-dən çox xərçəng diaqnozu qoyulur ki, bu da hər gün minə bərabərdir. Statistikalar göstərir ki, hər iki insandan biri həyatının hər hansı dövründə xərçəng xəstəliyinə tutulacaq. “Rance Research UK”ə görə, İngiltərədəki bütün xərçəng hadisələrinin üçdə birinin qarşısı alına bilər.

Bununla belə, bəzi xərçəng növləri müəyyən yaş qrupları üçün xarakterikdir. Uşaqlarda və gənclərdə ən çox rast gəlinən növlər beyin şişləri, leykemiya və limfomadır. 50 yaşdan yuxarı kişilərdə digər şişlərlə müqayisədə prostat xərçəngi (43 min hal), qadınlarda isə süd vəzi xərçəngi (illik təxminən 50 min hal) daha çox inkişaf edir. Xərçəngə yoluxma hallarının 36%-i 75 yaşdan yuxarı, 54%-i 50-75 yaş arası, 9%-i isə 25-49 yaş arası insanlarda baş verir.

Yayılma baxımından ilk 10-luğa kolon xərçəngi, ağciyər xərçəngi, qeyri-Hodgkin lenfoma, böyrək xərçəngi, mədəaltı vəzi xərçəngi, sidik kisəsi xərçəngi, ağız xərçəngi və farenks xərçəngi daxildir. Sfera.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*