“Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədik” – Heydəribackend

"Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədik" - Heydəri

İran son iki əsrdə heç vaxt təcavüzkar olmayıb və həmişə öz hüquq və mənafelərini şəkildə müdafiə edib.

KONKRET.az İRNA-ya istinadla xəbər verir ki, bunu İran ordusunun briqada generalı Kəyumərs Heydəri deyib.

“Qonşu ölkələr arasında bir qarşıdurma dövrü var idi və indi də bitdi. Bu ərazinin bir hissəsi erməni qüvvələri tərəfindən işğal edildi, hətta biz də bu məsələni təsdiq etmədik və hər zaman Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədik. Ölkəmizin davranışları bu bölgədə qonşularımızın sabitliyinə və təhlükəsizliyinə böyük bir sübutdur. Azərbaycandan İran İslam Respublikasına və oradan Türkiyəyə, Naxçıvana və ya İran İslam Respublikasından Azərbaycan və Ermənistana yük maşınlarının hərəkəti tam təhlükəsizlik və sabitlik şəraitində həyata keçirilməlidir. Bu məsələdə təhlükəsizliyə, iqtisadi yollara və enerji ötürülməsinə fikir verilməlidir, nəinki media oyunlarına”, – Kəyumərs bildirib.

Briqada generalı İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə də toxunub:

“Təlimlər silah və texnikanın sınanması və İslam coğrafiyasının hər bir sahəsində silahlı qüvvələrin döyüşə hazırlığının qiymətləndirilməsi məqsədi ilə ətraflı şəkildə planlaşdırılıb. Təlimlərin vaxtı, yeri və manevrlərə qatılan qüvvələrin sayı qaydalara müvafiqdir. Yuxarı komandanlıqdan aldığımız əmrə əsasən, təlimi müəyyən edilə bilən fərqli yerlərdə keçirəcəyik”. Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*