Hərbi Gürcüstan yolu yenə bağlandı: Yük maşınları gözləyirbackend

Hərbi Gürcüstan yolu yenə bağlandı: Yük maşınları gözləyir

Hərbi Gürcüstan yolunun Rusiya hissəsində 510 yük maşını hələ də gözləyir.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə hallar Nazirliyinin Şimali Osetiya şöbəsi məlumat yayıb.

Məlumata görə, hazırda ərazidə güclü qar yağır. Yol digər nəqliyyat vasitələri üçün açıq olsa da, iri yük maşınlarının keçidinə qadağa qoyulub.

Qeyd edək ki, Hərbi Gürcüstan yolu dünəndən etibarən ərazidə güclü qar səbəbindən bütün növ nəqliyyat vasitələri üçün bağlanmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*