Hərbi qulluqçuların maaşları 20 faiz artırıldı – FƏRMANbackend

Hərbi qulluqçuların maaşları 20 faiz artırıldı - FƏRMAN

Azərbaycan Prezidenti “Azərbaycan Respublikası prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının aylıq pul təminatının artırılması haqqında” Fərman imzalayıb.

KONKRET.az-ın xəbərinə görə, Fərmana əsasən, 20 hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilsin

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.

4. Bu Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

  • Namiq
    Fevral 7, 2022 - 22:29

    Bu fərmanları tərtib edənlər çox “savadlı”dırlar. Hərbi qulluqçularln əmək haqqı müxtəlif hissələrdən ibarətdir. Amma qeyd etmirlər ki, bu əlavə hansı hissənin üzərinə əlavə olunacaq. Buna da savad lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*