“Hərbi vəziyyət tətbiq etmək və səfərbərlik elan etmək lazımdır” – Ohanyanbackend

"Hərbi vəziyyət tətbiq etmək və səfərbərlik elan etmək lazımdır" - Ohanyan

“Hərbi vəziyyət tətbiq etmək və səfərbər olmaq lazımdır”.

KONKRET.az xəbər verir ki, bunu sentyabrın 14-də jurnalistlərə müsahibəsində respublikanın keçmiş müdafiə naziri, “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.

O bildirib ki, Ermənistanda hərbi vəziyyətin tətbiqi ilə bağlı qərar qəbul etmək üçün ölkədə Təhlükəsizlik Şurası fəaliyyət göstərir. Təhlükəsizlik Şurası və hökumət hərbi-siyasi vəziyyəti, şəraitii, qüvvələrimizi, düşmən qüvvələrini, o cümlədən vəziyyətin inkişaf tendensiyalarını müzakirə edir, qiymətləndirir və yalnız bundan sonra qərar qəbul edilir.

“Mənim şəxsi fikrim budur ki, hərbi vəziyyət tətbiq olunmalı, ön cəbhəni canlı qüvvə ilə doldurmaq və orduya dəstək vermək üçün səfərbərlik aparılmalıdır”, – deyə Ohanyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*