Hesablama Palatasında dəyişiklik edildibackend

Hesablama Palatasında dəyişiklik edildi

Hesablama Palatasının strukturunda dəyişiklik edilib.

KONKRET.AZ APA-ya istinadla xəbər verir ki, fevral ayının 1-dən qüvvəyə minəcək yeni strukturda bir sıra şöbələrin birləşdirilməsi ilə yanaşı iki yeni struktur vahidi də formalaşdırılıb.

Səmərəlilik (perfomans) auditi ilə bağlı fəaliyyətin genişləndirilməsi məqsədilə Hesablama Palatasında Səmərəlilik auditi sektoru yaradılıb və müxtəlif istiqamətlər üzrə kənar dövlət maliyyə nəzarəti tədbirləri bu sektor tərəfindən həyata keçiriləcək.

Yeni yaradılan Keyfiyyətə nəzarət və fəaliyyət risklərinin idarəedilməsi sektoru isə beynəlxalq standart və təcrübəyə uyğun şəkildə Hesablama Palatasının fəaliyyətinin, xüsusilə nəzarət fəaliyyətinin təşkili və risklərin araşdırılması istiqamətində fəaliyyət göstərəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*