İranın İdman və Gənclər Nazirliyinə tabe olan İranın “Bornanews” xəbər agentliyi maraqlı məqalə dərc edib.
KONKRET.az-ın məlumatına görə, məqalədə bildirilib ki, İranın keçmiş prezidenti öz kölgə hökumətini qurmaq qərarına gəlib. O, qeyri-rəsmi fəaliyyəti ölkədə siyasi səhnəyə qayıtmağa başlayıb.
Bildirilir ki, Həsən Ruhani hər həftə 11-ci və 12-ci hökumətin üzvləri ilə görüşür.
Agentliyin məlumatına görə, bu görüşlərdə İbrahim Rəisi hökumətinin xüsusilə iqtisadi sahədə gördüyü işlər fəal müzakirə olunur.
Yaxın gələcəkdə Həsən Ruhani və ya onun fraksiya üzvlərinin İranın hazırkı hakimiyyətini açıq və ardıcıl şəkildə tənqid edəcəkləri gözlənilir.

KONKRET.az
