“Heydər Əliyev mənə dedi ki, adam bu qədər qorxaq olmaz. Kişinin başına iş gələr”backend

“Heydər Əliyev mənə dedi ki, adam bu qədər qorxaq olmaz. Kişinin başına iş gələr”

Eldar Sabiroğlu

Bəzən insan həyatında elə hadisələr baş verir ki, onları unutmaq sadəcə mümkün olmur. 1999-cu il iyun ayının 10-da ölümlə apardığım mücadilə bu mənada yadımdan çıxmır. Hər gün desəm, düzgün olmazdı, lakin həftədə ən azından hər dəqiqəsinə və hər anına görə bir neçə dəfə xatırladığım bu ömür günlərim kino lenti kimi gözlərimin önündən keçir. Sanki elə indi, elə bu saat parçalanmış ürəyimin dəhşətli ağrılarını yaşayıram. Qapıya dikilən gözlərim imdad diləyirdi.

Üç gün idi ki, ağır ürək böhranı içində qovrulurdum. Yeddi dəfə keçirdiyim klinik ölüm ürəyimi dayandırsa da, həkimlər məni həyata qaytardılar. Bu gün də onlara sonsuz sayğılarımı ifadə etməyi özümə mənəvi borc hesab edirəm.

Kordiologiya İnstitutunun reanimasiya şöbəsində ölüm-dirim mübarizəsi aparırdım. Yanımda göz yaşları quramayan ömür yoldaşım Tahirə xanım və dünyalarca çox istədiyim əziz qızım Turan qalırdı. Səhər saat 11-12 radələri olardı. Qapı açıldı və içəri səhiyyə naziri Əli İnsanova birlikdə İnstitutun direktoru professor Adil Baxşəliyev daxil oldular. Azca söhbətdən sonra Əli İnsanov mənə dedi ki, səninlə prezident Heydər Əliyev telefonla danışmaq istəyir. İmkanın varmı?! Bildirdim ki, bu böyük şəxsiyyətin səsini eşitmək mənim üçün dərman olardı. Bu an Əli İnsanov gülə-gülə alnımdan öpdü və cibindən mobil telefonu çıxarıb yığmağa başladı.

Tariyel Ağayevdən Prezidentlə əlaqələndirməyi xahiş etdi. Bir neçə saniyədən sonra telefonda Heydər Əliyevin səsi eşidildi. Səhiyyə naziri Əli İnsanov telefonu mənə verdi.

– “Cənab prezident, salam” dedim.

– “Salam Sabir, nə olub sənə. Yalandan kürəyini vermisən kravata. Adam bu qədər qorxaq olmaz. Kişinin başına iş gələr. Özünü darıxdırma, bu axşam yanına Kreml xəstəxanasından iki məşhur kardioloq həkim gələcək. Telefonu ver Əli İnsanova…”

Bu sözdən sonra qəhər məni boğdu və göz yaşlarıma sahib ola bilmədim. Ancaq həmin an ağlıma gələn ilk fikir bu oldu ki, deməli, tənha deyiləm. Yaşamağa dəyər. Heydər Əliyevin verdiyi ürək-dirək təsəllim və səbrim üçün üzümə bağlanan qapıları taybatay açdı.

Axşam tərəfi saat 7-də Kremlin həkimləri artıq yanımda idilər… Bir aydan sonra Bilgəh sanatoriyasına gəldim və oradan da məni bu dəfə İlham Əliyevin tapşırığı ilə Londonun məşhur Kromvel xəstəxanasına götürdülər.

Beləliklə, göydə Allah, yerdə ata – bala məni ölümün pəncəsindən qopardılar. İyun ayının 15-i ərəfəsində həyatımla bağlı bu hadisəni təsadüfi xatırlamadım… Xilaskar Heydər Əliyevi Allah qəni-qəni rəhmət eləsin!!!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*