HƏYƏCANLI ANLAR: Həyatını riskə atan şəxs uşağı 8-ci mərtəbədən yıxılmaqdan  XİLAS ETDİ – VİDEObackend

HƏYƏCANLI ANLAR: Həyatını riskə atan şəxs uşağı 8-ci mərtəbədən yıxılmaqdan XİLAS ETDİ - VİDEO

Nur-Sultan sakini həyatını təhlükəyə ataraq pəncərədən yıxılmaq üzrə olan uşağı xilas edib.

KONKRET.az xəbər verir ki, Qazaxıstanın Nur-Sultan şəhərinin sakini Sabit Şontakbayev yaşayış binasının 8-ci mərtəbəsində pəncərədən yıxılan üç yaşlı qızı son anda xilas edə bilib.

2019-cu il təvəllüdlü qızın valideynləri evdə olsalar da, hadisə zamanı onun yanında heç kim olmayıb. Valideynlərinin diqqətindən kənarda qalan uşağı yeddinci mərtəbədə yaşayan qonşusu xilas edib.

Fövqəladə Hallar Departamentinin mətbuat xidmətindən verilən məlumata görə, fövqəladə hadisə dünən, mayın 11-də günorta saatlarında baş verib. Xilasedicilər gələnə qədər uşaq artıq xilas edilib.
“2019-cu il təvəllüdlü qız evdə valideynləri ilə birlikdə olub, amma elə həmin an uşağın yanında heç kim olmayıb. Xoşbəxtlikdən aşağıda mərtəbədə yaşayan qəhrəmanımız 1985-ci il təvəllüdlü Sabit Şontakbayev asılmış vəziyyətdə ağlayan uşağı görüb. Tərəddüd etmədən və öz həyatını riskə ataraq, xilas etmək üçün hərəkətə keçib. Qızı sözün əsl mənasında yaxalaya bilib və bununla da onun həyatını xilas edib”, – deyə paytaxtın fövqəladə hallar idarəsindən bildiriblər.
Fövqəladə Hallar Departamentindən həmçinin bildirilib ki, göstərdiyi şücaət, cəsarət və qəhrəmanlığa görə həmin şəxs mükafatlandırılacaq.

Həmin anları təqdim edirik:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*