“Həzrəti Yusif”in “Züleyxa”sı həbs olundu – FOTObackend

"Həzrəti Yusif"in "Züleyxa"sı həbs olundu - FOTO

İranda iki məşhur aktrisa ölkədə davam edən etiraz aksiyalarına qoşularaq həmrəylik nümayiş etdirdikləri və açıq şəkildə hicablarını çıxardıqları üçün həbs ediliblər.

KONKRET.az IRNA agentliyinə istinadən xəbər verir ki, İranın məşhur iki aktrisası Henqame Qazinai və Ketayun Riahi sosial şəbəkələrdə “təxribat xarakterli” paylaşımlar etdikləri üçün prokurorluğa çağırıldıqdan sonra həbs olunublar.

Təbrizli teatr aktrisası Səmanə Babazadə də 60 gündən çoxdur ki, həbsdədir.

Xatırladaq ki, Ketayun Riahi 2008-ci ildə İranda yayımlanan məşhur “Həzrəti Yusif” serialında Züleyxa obrazını canlandırıb.


Bakupost.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*