Hikmət Hacıyev Qarabağa səfər etmiş xarici səyyahlarla görüşdü – FOTOLARbackend

Hikmət Hacıyev Qarabağa səfər etmiş xarici səyyahlarla görüşdü - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərə səfər etmiş xarici bloggerlər və səyyahlarla görüşüb.

KONKRET.az-ın xəbərinə görə, bu barədə Hikmət Hacıyev özünün “Twitter” hesabında bildirib.

“3 günlük intensiv cədvəl çərçivəsində işğaldan azad edilmiş ərazilərə səfər edən Nomadmania səyyahları və bloggerlərlə görüşməkdən çox məmnunam. Biz Cənubi Qafqazda münaqişədən sonrakı inkişaf, Azərbaycanın sülh gündəliyi və Ermənistanla normallaşma perspektivləri barəsində danışdıq”, – Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*